SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Qurğuşundan pul qazanan şirkət və təsisçisinin 3 milyon manatdan çox borcu yığılıb

Qurğuşundan pul qazanan şirkət və təsisçisinin 3 milyon manatdan çox borcu yığılıb

  • 25 avqust 2026, 13:39

İstifadəyə yararsız akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirən “Az-Lead” MMC dövlətə külli miqdarda borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə hazırda şirkətin 1,4 milyon manat vergi borcu yığılıb.

Qeyd edək ki, direktoru Firavan Əliyev olan "Az-Lead" MMC 2014-cü ildə yaradılıb və nizamnamə kapitalı 3,1 milyon manat təşkil edir.

“Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % “İndart Holding” MMC-yə məxsusdur.

“İndart Holding” MMC-nin özünün də vergiyə 1,8 milyon manat borcu var. Bu MMC-nin qanuni təmsilçisi isə Aqşin Qurbanovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları