Azərbaycanın məşhur qida məhsulları istehsalçısı və satıcısı olan AZZA QSC-yə yaxın şirkət – “AZZA Agro” QSC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
“AZZA Agro” İsmayıllı rayonunun Keyvəndi kəndində fəaliyyət göstərir. Onun direktoru Nəriman Hüseynov həm də əsas şirkətə rəhbərlik edir.