SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Gazelli Group” nizamnamə kapitalını kəskin azaldıb

“Gazelli Group” nizamnamə kapitalını kəskin azaldıb

  • 13 iyul 2026, 20:16

Azərbaycanda daha bir şirkətin nizamnamə kapitalında əhəmiyyətli dərəcədə dəyişiklik baş verib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, kosmetika istehsalçısı olan “Gazelli Group” nizamnamə kapitalını 38 faiz azaldıb.

Belə ki, “Gazelli Group”dan 16 milyon 976 min manat geri çəkilib və şirkətin nizamnamə kapitalı 44 milyon 924 min manatdan 27 milyon 948 min manata qədər azalıb.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl “Dr. Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən ayrılıb.

Qeyd edək ki, “Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun mərhum həyat yoldaşı, genetika və tibbi profilaktika üzrə elmlər doktoru Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. Z.Həmzəyeva ötən ilin yanvarında vəfat edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları