SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Əmək qanunvericiliyini pozan şirkət 2 min manat geriyə düşdü

Əmək qanunvericiliyini pozan şirkət 2 min manat geriyə düşdü

  • 13 iyul 2026, 14:04

“Akşin 2021” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən əmək hüquqları pozuntusuna yol verilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə vətəndaş tərəfindən MMC barəsində şikayət olunub. 

Şikayətçi qeyd edib ki, 2025-ci ildən şirkətdə dəmirçi vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb edilib, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilib, lakin son haqq-hesab ödənişi ödənilməyib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vətəndaşın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən MMC-yə məktub göndərilib, sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilib. 

Poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilib. 

Bununla da “Akşin 2021” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 2 min manat cərimə edilib

Qeyd edək ki,.“Akşin 2021” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin direktoru Samir Quliyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları