SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Xaliq Faiqoğlu” CƏRİMƏLƏNDİ

“Xaliq Faiqoğlu” CƏRİMƏLƏNDİ

  • 17 iyul 2026, 11:56

Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək qanunvericiliyini pozmaqda ittiham edilib. 

Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən şirkət barəsində inzibati protokol tərtib edilib. 

Protokola əsasən, vətəndaş F. Məmmədovun müraciəti əsasında Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MMC-yə sorğu ünvanlanıb. Sorğuda işçi ilə əmək müqaviləsinin bağlanması ilə bağlı tələb olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi istənilib. 

Amma cəmiyyət tərəfindən F. Məmmədova aid məzuniyyətlərin ödənilməsini təsdiq edən və son haqq hesabın ödənilməsini təsdiq edən sənədlərin surətləri təqdim etməyib. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati qaydada ittiham verilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Xaliq Faiqoğlu” 2 min manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları