SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qida sahəsində fəaliyyət göstərən şirkət 20 min dollar CƏRİMƏLƏNDİ

Qida sahəsində fəaliyyət göstərən şirkət 20 min dollar CƏRİMƏLƏNDİ

  • 22 iyul 2026, 10:11

Qida məhsulları sahəsində fəaliyyət göstərən “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qanun pozuntusuna yol verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət  100 min ABŞ dolları məbləğində vəsaiti 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürüb və 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, valyuta vəsaitini geri qaytarmayıb. 

Mərkəzi Bankın tərtib etdiyi protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “Pərviz İKF” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 100 min ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 20 ki ABŞ dolları məbləğində cərimə edilib. 

Qərardan “Pərviz İKF” MMC apellyasiya qaydasında şikayət verib, Nərimanov Rayon Məhkəməsinin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları