Azərbaycanda kredit idarəçiliyi və borcların yığılması sahəsində fəaliyyət göstərən “Kollekta” MMC təşkilati-hüquqi formasını ASC-yə dəyişib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bildirilir.
Şirkətin 4 100 manatlıq nizamnamə kapitalı nominal dəyəri 410 manatdan 10 ədəd səhm əsasında formalaşıb.
Qiymətli kağızlar qapalı üsulla yerləşdirilib.