Bu ilin yanvar-iyun aylarında Azərbaycan 547 elektromobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,1% azdır.
Son 1 ildə elektromobil idxalına çəkilən xərc isə 70,3% azalaraq 14,45 milyon ABŞ dollarına düşüb.
Bundan başqa, 6 ay ərzində ölkəyə 10 405 hibrid avtomobil gətirilib. Bu isə 1 il əvvələ nisbətən 54,8% azdır.
İl ərzində bu növ avtomobillərin idxalına çəkilən xərc isə 51,4% azalaraq 229,9 milyon dollar təşkil edib.