SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə QƏRARI: Dəniz Tekstil 21 min dollardan çox cərimə ödəyəcək

Məhkəmə QƏRARI: "Dəniz Tekstil" 21 min dollardan çox cərimə ödəyəcək

  • 24 iyul 2026, 09:37

Sumqayıt şəhərində fəaliyyət göstərən “Dəniz Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 107 780 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 107780 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən MMC-nin barəsində protokol tərtib edilib və iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın obyekti olmuş 107780 ABŞ dolları pul vəsaitinin 20 faizi məbləğində, yəni 21 556 ABŞ dolları məbləğində cərimə olunub.

Skat.az - Ev və Avtomobil elanları