Bakıda bazar ətrafında həyata keçirilən təmir işləri sahibkarlara baha başa gəlir.
Yurd.Media xəbər verir ki, 8-ci km bazarının olduğu Naxçıvanski küçəsindən hər gün istifadə edən vətəndaşlar deyir ki, yeni yolun çəkilməsi bazara gəliş-gedişi asanlaşdıracaq.
Satıcılar isə "Xəzər Xəbər"ə bildirirlər ki, yolun təmir olunmaması onların satışına təsir edir.
Aparılan təmir işlərinin yaxın zamanlarda yekunlaşması gözlənilir.
Qeyd edək ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hazırda paytaxtın 6 inzibati rayonu üzrə ümumilikdə 45 yol sahəsində təmir işləri aparılır.