"Level Leasing" ASC-nin səhmlərinin müvafiq olaraq 52%-nə və 10%-nə nəzarət edən Mənzər Qarayeva və Rəqsanə Məmmədova paylarını satıblar.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.
Sistemdə yerləşdirilmiş Əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlara əsasən, onların paylarını Zərifə Quliyeva (27,9%), Nuranə Mehrəliyeva-Rzayeva (27,9%) və Lalə Bədirova (6,2%) alıb.
Səhmlərin 38%-i əvvəlki kimi "Hermes Finance" ASC-yə məxsusdur. N.Mehrəliyeva-Rzayeva həm də bu şirkətdə 45% pay sahibidir.
"Level Leasing"in direktoru Həmid Mirzəyev isə "Hermes Finance"ın səhmlərinin 10%-nə sahibdir.
2023-cü ildə yaradılmış "Level Leasing" 1,05 milyon manat nizamnamə kapitalına malikdir.