"Gucci", "Chanel", "Versace" və digər tanınmış brendlərin Azərbaycandakı təmsilçisi olan "Sinteks" şirkəti nizamnamə kapitalını kəskin azaldır.
Dövlət Vergi Xidmətindən Yurd.Media-ya bildirilib ki, "Sinteks" MMC-nin nizamnamə kapitalı 16 milyon 531 min 62 manat və ya 26,1% azaldılaraq 46 milyon 868 min 933 manata endirilib.
Qeyd edək ki, MMC 2004-cü ilin iyun ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Axundov Sənan Firudin oğludur.
“Sinteks” MMC regionda dəb və həyat tərzi sahəsində tanınan aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət hazırda 100-dən çox qlobal brendin yerli təmsilçisidir. Onlar arasında "GUCCI", "CHANEL", "Dior", "Burberry", "Zegna", "Fendi", "Prada", "Versace" və digər tanınmış markalar yer alır.
Şirkət həmçinin “Emporium”, “Premium Outlet”, “Boğça”, “Loop” və digər daxili brendlərlə də bazarda yer alır.