SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“Bank BTB”, “Xalq Bank” və İran bankının kredit portfeli kiçilib

“Bank BTB”, “Xalq Bank” və İran bankının kredit portfeli kiçilib

  • 07 avqust 2025, 13:56

Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 3-nün kredit portfeli 2 milyard manatdan çox olub.

Yurd.Media apardığı araşdırmaya görə, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “PAŞA Bank”dır. Bu bankların cəmi kredit portfeli 14 milyard manatdan çox olub.

Hesabat tarixinə 4 bankın kredit portfeli 1 milyard manatdan 2 milyard manata qədər, 6 bankın kredit portfeli 500 milyon manatdan 1 milyard manata qədər, 8 bankın kredit portfeli 100 milyon manatdan 500 milyon manata qədər dəyişib, 1 bankın – İran Milli Bankının Bakı filialının isə kredit portfeli 1 milyon manat civarında olub.

Son 1 ildə 22 bankdan 19-nun kredit portfeli artıb, 3-nün kredit portfeli isə azalıb. Kredit portfelini çox artıran bank Türkiyə kapitallı “Zıraat Bank Azərbaycan” (38,2%), ən az artıran bank isə “Bank Avrasiya” (0,2%) olub.

İl ərzində “Bank BTB”, “Xalq Bank” və İran Bankının kredit portfeli isə müvafiq olaraq 0,1%, 2,6% və 53,4% azalıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları