SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Yevlaxda sahibkarlığın inkişaf imkanları müzakirə olunub

Yevlaxda sahibkarlığın inkişaf imkanları müzakirə olunub

Yevlax

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə kənd təsərrüfatı, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər.

Qeyd olunub ki, Yevlax rayonu kənd təsərrüfatı ilə sənayenin paralel inkişaf etdiyi rayonlardandır. “Yevlax KOB evi” sahibkarlara dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda göstərilməsini təmin edir və biznes subyektlərinin dövlət xidmətlərinə çıxışını asanlaşdırır. Bu kimi amillər Yevlax rayonunu sahibkarlıq fəaliyyəti üçün əlverişli edir. Sahibkarlar rayonun coğrafi mövqeyi və nəqliyyat-logistika imkanlarından istifadə etməklə kənd təsərrüfatı məhsullarının toplanması, saxlanması, emalı və digər regionlara daşınması istiqamətində biznes təşəbbüslərini inkişaf etdirə, yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verə bilərlər. Biznes təşəbbüslərinin reallaşdırılması zamanı dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə stimul verə bilər.

Görüşdə sahibkarlarla fermer təsərrüfatı üçün maliyyə dəstəyi, ⁠kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarlarla təminat, k⁠ommunal xidmətlər, ⁠pambıqçılıqla bağlı texnika ilə təminat, sahibkarlığa dəstək mexanizmlərinə çıxış və s. kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Yevlaxda gön-dəri emalı müəssisəsində olub, sahibkarlarla biznesin inkişafına, dövlət dəstəyi alətlərindən istifadəyə dair fikir mübadiləsi aparıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları