SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Araq və enerji içkisi istehsal edən şirkət cəriməni LƏĞV ELƏTDİRDİ

Araq və enerji içkisi istehsal edən şirkət cəriməni LƏĞV ELƏTDİRDİ

  • 15 yanvar 2026, 13:22

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Xırdalanda fəaliyyət göstərən şərab zavodu “A+CO” Açıq Səhmdar Cəmiyyətinə (ASC) cərimə yazıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətə məxsus yük daşıması yerinə yetirən “İsuzu” markalı  avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, sürücüsünün isə tibbi müayinədən keçməməsi aşkar edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə “A+CO” şirkəti İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 manat məbləğində cərimə təyin olunub.

Qərardan narazı qalan şirkətin direktoru Xanoğlan Qasımov apellyasiya şikayəti verib. O, Abşeron Rayon Məhkəməsinin qərarının ləğv edilməsini və ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilib, Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilib.

Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət şərab, konyak və digər alkoqollu içkilər istehsal edir. Şirkət həmçinin "Full" enerji içkisinin istehsalı ilə məşğul olur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları