"SİSO Travel Group"un Qafqaz və Mərkəzi Asiya regionu üzrə əməliyyatlar departamentinin rəhbəri vəzifəsinə təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Bərzani İskəndərli təyin edilib.
O, yeni vəzifəsindən əvvəl “Bank VTB (Azərbaycan)”da kredit mütəxəssisi vəzifəsində çalışıb.
O, 2024-cü ilin noyabrından 2025-ci ilin noyabrınadək “Kapital Bank”da kredit mütəxəssisi olub.
Bərzani İskəndərli əmək fəaliyyətinə 2022-ci ilin noyabr-dekabr aylarında “Unibank”da təcrübəçi kimi başlayıb.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən "SİSO Travel Group" Qafqaz və Mərkəzi Asiya regionu üzrə ixtisaslaşmış beynəlxalq turizm şirkətidir. Şirkət fərdi və qrup turları, lüks səyahətlər, otel rezervasiyaları və VIP nəqliyyat xidmətləri göstərir. Azərbaycanın Bakı şəhəri ilə yanaşı, Gürcüstanın Tbilisi və Özbəkistanın Daşkənd şəhərlərində də ofisləri fəaliyyət göstərir.
Bərzani İskəndərli