Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 497,3 milyon manat gəlir əldə edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.
9 aylıq gəlirin 63,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9%-i ictimai iaşə xidmətlərindən, 2,6%-i müalicə və sağlamlıq xidmətlərindən, 7,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə olunub.