SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Lənkəranda turist kəndləri inkişaf etdirilir

Lənkəranda turist kəndləri inkişaf etdirilir

  • 09 sentyabr 2026, 19:06
Lənkəran

Lənkəran bölgəsində turist kəndlərinin inkişafı ilə bağlı işlər aparılır.

Yurd.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov bildirib.

Onun sözlərinə görə, bölgənin turizmi ölkə səviyyəsində tanıdılır: "Bu məqsədlə yerli və beynəlxalq tədbirlərdə bölgənin turizmi təbliğ olunur. Həmçinin Lənkəran bölgəsində turist kəndlərinin inkişafı ilə bağlı işlər aparılır".

İlqar Əzimov deyib ki, hotellərin ulduzlaşması aparılır və onlardan artıq 6-sı alıb, 6-sı isə almaq mərhələsindədir: "Aqroturizm sahəsində işlər görülür. Eyni zamanda ilk dəfə arı muzeyi yaradılıb. Hirkanda 14 tirzm marşurutu yaradılıb. Ümumiyyətlə, bu sahədə işlər davam etdirilir".

Skat.az - Ev və Avtomobil elanları