SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Turizm Agentliyindən bu 111 min 111 manatlıq sifariş

Turizm Agentliyindən bu 111 min 111 manatlıq sifariş

  • 30 avqust 2026, 17:52

Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Atashgah Art Center” MMC olub.

Yurd.Media "Yeniavaz.com"a istinadən xəbər verir ki, Turizm Agentliyi “Atashgah Art Center” MMC-dən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşəcək Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işlərinə dair xidmətləri satın alacaq və qarşılığında 111 min 111 manat 16 qəpik ödəyəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Atashgah Art Center” MMC-nin qanuni təmsilçisi Həsənova Aytən Yavər qızıdır. MMC 2020-ci ildən fəaliyyət göstərir və bu günə kimi ancaq Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqələrində qalib olub.

Bu müsabiqədə diqqət çəkən məqamlardan biri də tender müsabiqəsinin dəyərinin əsasən eyni rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları