“Millennium Turizm, Konqres DMC” MMC-yə yeni direktor təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin qanuni təmsilçisi vəzifəsinə Güləsər Abdullayeva təyinat alıb.
Qeyd edək ki, turizm şirkəti 2006-cı ilin noyabr ayından fəaliyyət göstərir. Şirkətin rəhbəri Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm mütəxəssisi Ruslan Quliyev olub. O, bu ilin iyun ayında 53 yaşında qəfildən dünyasını dəyişib.