Laçın rayonunun Zərti kəndində yerləşən beş ulduzlu "Lachin Resort & Spa" hotelində yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nərminə İsmayıl Satış direktoru təyin edilib.
O, bundan əvvəl "Hacıkənd Resort & Spa"da satış və marketinq üzrə direktorun müşaviri, eyni zamanda açılışöncəsi satış və marketinq direktoru vəzifəsində çalışıb.
Daha əvvəllər isə "Quba Palace Hotel"də Satış və Marketinq departamentinin rəhbəri, satış meneceri, korporativ satış üzrə mütəxəssis vəzifələrində işləyib.
Nərminə İsmayıl