SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Turizm şirkətinin 350 min manata yaxın borcu yarandı

Turizm şirkətinin 350 min manata yaxın borcu yarandı

  • 13 noyabr 2026, 13:36

“Europe Travel Assistance” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) böyük həcmdə borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Europe Travel Assistance” turizm şirkətinin dövlətə vergi borcu 346 min manata çatır.

Qeyd edək ki, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən “Europe Travel Assistance” MMC-nin direktoru Fİdan Yusifovadır.

“Europe Travel Assistance” turizm agentliyi Almaniyanın məşhur "Lufthansa City Center" qlobal şəbəkəsinin rəsmi üzvüdür və "Lufthansa Hava Yolları"nın Azərbaycandakı rəsmi satış təmsilçisi kimi xidmət göstərir.

Skat.az - Ev və Avtomobil elanları