Azərbaycanda restoran, hotel və digər bu tipli müəssisələrin idarəçisi olan “TABIA Group” şirkətlər qrupunun idarəetməsində olan "Qəbələ Karvansaray Hotel"ə Baş menecer təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Xəyyam Əliyev təyinat alıb.
Xəyyam Əliyev bundan əvvəl 2025-ci ilin avqustundan 2026-cı ilin noyabrınadək "Kurort Group"da əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb.
O, 2023-cü ilin dekabrından 2025-ci ilin avqustunadək “Chinar Health Hotel”də klaster maliyyə meneceri, 2023-cü ilin sentyabrından noyabrınadək isə baş menecerin vəzifələrini icra edib.
Xəyyam Əliyev 2023-cü ilin sentyabrından 2025-ci ilin avqustunadək “Garabagh Resort & SPA”da klaster maliyyə meneceri, 2024-cü ilin oktyabrından 2025-ci ilin martınadək isə baş menecerin vəzifələrini icra edib.
Bundan əlavə, o, 2023-cü ilin yanvarından 2025-ci ilin avqustunadək “Gashalti Health Hotel”də əməliyyatlar üzrə menecer, 2020-ci ilin yanvarından 2025-ci ilin avqustunadək klaster maliyyə meneceri, 2018-ci ilin dekabrından 2020-ci ilin yanvarınadək maliyyə menecerinin köməkçisi, 2016-cı ilin sentyabrından 2018-ci ilin dekabrınadək isə baş mühasib vəzifəsində çalışıb.
Xatırladaq ki, “TABIA Group” MMC 2018-ci ildə yaradılıb, 29.8 mln. manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Uygar Kocasdır.
“TABIA Group” hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət “PMD Qrup”un bir hissəsidir.
Xəyyam Əliyev