Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kəmalə Yusifova “Kurort”un İnsan Resursları departamentinin rəhbəri təyin olunub
O, 2025-ci ilin aprelindən “Kurort” QSC-də HR meneceri, 2021-ci ilin martından isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməyin mühafizəsi üzrə mühəndis və 2021-ci ilin fevralından həmin institutda SƏTƏM meneceri vəzifələrində çalışıb.
Xatırladaq ki, "Kurort" 1992-ci ildə dövlət qeydiyyatına alınıb.
"Kurort" QSC-nin sanatoriya filiallarına Bilgəh Kardioloji Sanatoriyası, Abşeron Mədə-Bağırsaq Sanatoriyası, Qaranquş Uroloji Sanatoriyası, Günəşli Nevroloji Sanatoriyası, Şıx Dayaq-Hərəkət Xəstəlikləri Sanatoriyası, Buzovna Fizioterapiya Mərkəzi daxildir.
Kəmalə Yusifova