SÜJET

Qeyri-sabit hava Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Həbsxanalarda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə ilə bağlı Fəaliyyət Planı təsdiq edilib

Həbsxanalarda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə ilə bağlı Fəaliyyət Planı təsdiq edilib

  • 25 iyun 2025, 13:07

“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, onun icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prime Leasing