SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xırdalanda xarabalığa çevrilən keçmiş “Dostluq” kinoteatrı - FOTO

Xırdalanda xarabalığa çevrilən keçmiş “Dostluq” kinoteatrı - FOTO

Abşeron

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən keçmiş “Dostluq” (“Drujba”) kinoteatrı bu gün faktiki olaraq xarabalıq vəziyyətindədir. 

Yurd.Media xəbər verir ki, 7 iyul 2014-cü il tarixində özəlləşdirilən obyekt hal-hazırda xüsusi mülkiyyətdə olsa da, sahibsiz və baxımsız görünür.

Mədəniyyət Nazirliyi obyektin satılma səbəblərini açıqlamaq səlahiyyətində olmadığını bildirir. Əmlak Məsələləri Dövlət Xidməti isə qeyd edir ki, bina artıq özəl mülkiyyətə keçdiyi üçün qurumun bu məsələyə müdaxilə etmək hüququ yoxdur.

Hazırda bina baxımsız vəziyyətdədir: divarları dağılmış, qapı və pəncərələri açıq, hər tərəf zibil və tullantılarla doludur. Bu da ətrafda yaşayan insanlar üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Ərazinin təhlükəsizlik və sanitariya vəziyyəti ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, nəticə yoxdur. Abşeron Rayon İcra Hakimiyyətinin mövzu ilə bağlı mövqe bildirməkdən imtina etdiyi qeyd olunur. İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli isə suallara cavab verməyib.

2022-ci ildə yayılan məlumata əsasən, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Anar Qafarov bildirib ki, ərazi sahiblərinə dəfələrlə xəbərdarlıq olunub. Obyektin hasarlanması və kənar şəxslərin girişinin qarşısının alınması ilə bağlı sahibkar müvafiq polis orqanlarına dəvət edilib. Həmçinin polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib. Lakin bu tədbirlərə baxmayaraq, ərazidə vəziyyət bu günədək dəyişməyib.

Hazırda obyekt nə hasarlanıb, nə də qapıları bağlanıb...


Foto: Sadıq Əliverdibeyli

Prime Leasing