SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakının kanalizasiya sistemi, içməli su xətti olmayan yaşayış massivi - VİDEO

Bakının kanalizasiya sistemi, içməli su xətti olmayan yaşayış massivi - VİDEO

  • 18 yanvar 2026, 12:06
Bakı

Albalı bağlar yaşayış massivində nə kanalizasiya sistemi, nə də içməli su xətti mövcuddur. Yaşayış massivində işıq dirəkləri və zibil konteynerləri də yoxdur.

Yurd.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, iki gün yağış yağdı, yollar bərbad vəziyyətə düşür, uşaqlar məktəbə gedəndə az qalır ki, divara dırmaşsınlar.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) "Bakı TV"yə bildirilib ki, qurumun mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti-quruculuq işləri aparılır: "Sözügedən ərazidə də tullantı su təchizatı mərhələli şəkildə qurulacaq".

Sıradan çıxan yolların nə zaman düzəldiləcəyi, ərazinin işıq dirəkləri və zibil konteynerləri ilə təmin olunması məsələsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağada da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları