SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Yevlaxın içməli suya həsrət qalan kəndi - VİDEO

Yevlaxın içməli suya həsrət qalan kəndi - VİDEO

  • 19 yanvar 2026, 22:51
Yevlax

Yevlaxın Salahlı kəndində artezian quyularının olmaması səbəbindən sakinlər içməli suya həsrət qalırlar.

Yurd.Media xəbər verir ki, təxminən 3 mindən çox sakini olan kəndin 5-ə yaxın küçəsində yaşayan insanlar uzun müddətdir susuzluqdan əziyyət çəkirlər.

Vətəndaşlar "Baku TV"yə bildiriblər ki, içməli su əldə etmək üçün təxminən 2 kilometr məsafə qət etməyə məcbur qalırlar. Yağışlı havalarda isə vəziyyət daha da acınacaqlı hal alır.

"Dəfələrlə su gətirməyə gedəndə palçıqda yıxılmışam. Əldə etdiyimiz içməli suyun keyfiyyəti isə normal deyil, içində qurd olur", - sakinlərdən biri söyləyib.

Məsələ ilə bağlı Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, subartezian quyularının qazılması qurumun səlahiyyətləri çərçivəsində deyil:

"Dövlət proqramı əsasında respublika ərazisində yeni subartezian quyularının qazılması təyin olunur".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları