SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara verilən ev və avtomobillərin sayı açıqlanıb

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara verilən ev və avtomobillərin sayı açıqlanıb

  • 20 yanvar 2026, 18:33

Bu günədək 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara və 20 Yanvar şəhidlərinin ailələrinə 143 mənzil verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yurd.Media-ya bildirilib ki, ötən dövrdə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Bundan başqa, bu il icra olunan sosial islahat paketi çərçivəsində şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü isə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 600 manata, 61-80 faiz pozulmasına görə 500 manata, 31-60 faiz pozulmasına görə isə 400 manata çatdırılıb.

Əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 300 manata, 250 manata və 180 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 120 manat müəyyən olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları