SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Sosial yardım və kommunal problemlər ən çox şikayət olunan sahələrdir

Sosial yardım və kommunal problemlər ən çox şikayət olunan sahələrdir

  • 17 iyul 2026, 22:57

Ünvanlı dövlət sosial yardımı və kommunal problemlər ombudsmana ən çox şikayət olunan sahələrdir. 

Ombudsman aparatından Yurd.Media-ya bildirilib ki, "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.

Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.

İlk yarımildə "916" Çağrı Mərkəzinə ən çox "digər" kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.

Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.

Qurumlar üzrə müraciətlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlar (2 308), TƏBİB (1 714), Ədliyyə orqanları (1 431), Daxili İşlər orqanları (984) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (935) ilk sıralarda yer alıb.

"916" Çağrı Mərkəzinə daxil olan zənglərin 12 102-si iş vaxtında, 1 622-si isə qeyri-iş vaxtında qəbul olunub ki, bu da vətəndaş müraciətlərinin əsas hissəsinin iş saatlarında daxil olduğunu göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları