SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İsmayıllının kəndində şəraitsizlik köçü sürətləndirir - VİDEO

İsmayıllının kəndində şəraitsizlik köçü sürətləndirir - VİDEO

  • 20 iyul 2026, 11:12
İsmayıllı

Azərbaycanın daha bir kəndində kommunal şəraitin olmaması köçü sürətləndirib.

Yurd.Media xəbər veririr ki, İsmayıllı rayonunun Bəhliyan kəndində yaşayan sakinlər illərdir davam edən kommunal problemlər səbəbindən ağır şəraitdə yaşayırlar. Kənddə təbii qazın, dayanıqlı internetin və kifayət qədər içməli suyun olmaması gündəlik həyatı olduqca çətinləşdirir.

Sakinlərin sözlərinə görə, cəmi bir kilometr məsafədə yerləşən qonşu kəndlər bütün lazımi xidmətlərlə təmin edilsə də, Bəhliyan kəndi bu imkanlardan kənarda qalıb. Kommunal şəraitin qeyri-qənaətbəxş olması kənddə köçü sürətləndirib.

Sakinlər kənddəki vəziyyəti acınacaqlı şəkildə ifadə edərək bildirirlər: "Evimizə qonaq gələndə deyirik ki, özünüzlə içməli su gətirin".

Məsələ ilə bağlı İsmayıllı rayonunun Keyvəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən "Xəzər Xəbər"ə bildirilib ki, cari ilin 24 iyun tarixində rayon rəhbərliyinin Bəhliyan kəndində sakinlərlə səyyar qəbulu keçirilib. Görüşdə internetin olmaması, təbii qazın çəkilməməsi və içməli su problemləri qaldırılıb.

Qeyd olunub ki, ərazidə qazılan quyular səmərə vermədiyi üçün artezian suyunun çıxarılması mümkün olmayıb, lakin heyvandarlıq üçün əlavə su mənbələri yaradılıb. İnternet və qazlaşdırma ilə bağlı isə aidiyyəti qurumlara müraciət edildiyi və problemlərin həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib.

İsmayıllının kəndində şəraitsizlik köçü sürətləndirir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları