SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Uşaqlar dünyanı dərk etmədən virtual asılılığın ortasına düşürlər - VİDEO

Uşaqlar dünyanı dərk etmədən virtual asılılığın ortasına düşürlər - VİDEO

  • 11 iyul 2026, 14:16

Onlar hələ dünyanı dərk etmədən bəyənmə düymələrinin, manipulyativ videoların və virtual asılılığın ortasına düşürlər.

Yurd.Media xəbər verir ki, Rəqəmsal azadlıq kimi qələmə verilən bu virtual mühit, əslində, uşaq psixologiyasının və real sosial bacarıqların "səssiz qatilinə" çevrilir. Məhz bu təhlükənin qarşısını almaq üçün qanunvericilik səviyyəsində mühüm addım atılıb.

“ARB Xəbər”in süjetində qeyd olunur ki, yeni qanun uşaqların hüquqlarını məhdudlaşdırmır, əksinə, 16 yaşına qədər onların fiziki və psixoloji sağlamlığını qoruyur. 16-18 yaş qrupundakı yeniyetmələr üçün isə valideyn nəzarəti altında rəqəmsal mühitə təhlükəsiz keçidi təmin edir. Məqsəd aydındır: uşaqların oyunları, dostluqları və gələcəyi ekranların, manipulyativ alqoritmlərin əsirinə çevrilməsin.

Qeyd edək ki, bu addım 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun davamı olaraq rəqəmsal dünyada yeni qoruyucu mexanizmlərin qurulmasına xidmət edir.

Qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində əsas hədəf uşaqları texnologiyadan tamamilə qoparmaq deyil, onları yetkinlik yaşına çatana qədər rəqəmsal mühitə sağlam şəkildə hazırlamaqdır.

Uşaqlar dünyanı dərk etmədən virtual asılılığın ortasına düşürlər - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları