SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Uşaqlarını bağçaya qoyanların DİQQƏTİNƏ

Uşaqlarını bağçaya qoyanların DİQQƏTİNƏ

  • 07 iyul 2026, 08:30

Növbəti iki gün ərzində uşaqların bağçalara yerləşdirilməsin həyata keçiriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Yurd.Media-ya bildirilib ki, Azərbaycanda regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə bugün saat 11:00-dan etibarən elektron növbələrin yaradılmasına başlanılır.

Belə ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.

Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.

Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları