SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Milli Observatoriyanın təlimlərinin beynəlxalq meyarlara uyğunluğu qiymətləndirilib

Milli Observatoriyanın təlimlərinin beynəlxalq meyarlara uyğunluğu qiymətləndirilib

  • 25 iyun 2026, 18:13

Milli Observatoriyanın 5 təlim proqramının beynəlxalq meyarlara uyğunluğu qiymətləndirilib.

Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Böyük Britaniyanın The CPD Certification Service – CPD Sertifikatlaşdırma Xidməti tərəfindən beynəlxalq səviyyəli təlim qurumu kimi tanınaraq akkreditasiya olunub.

Milli Observatoriyanın “Sorğuların təşkili” “MS Excel”, “İnsan Resurslarının İdarə Edilməsi”, “Natiqlik bacarığ” və “Gender-əsaslı zorakılıqdan zərər çəkmiş şəxslər üçün keys-menecment” təlim proqramlarının beynəlxalq meyarlara uyğunluğu qiymətləndirilib və CPD standartlarına cavab verdiyi üçün təsdiq edilib. Xidmət həmin təlim proqramlarını öz rəsmi saytına yerləşdirib. 

Bu təlimlər iştirakçılara sorğu metodologiyası və məlumatların təhlili, verilənlərin idarə olunması və analitik hesabatların hazırlanması, HR proseslərinin müasir idarə olunması, effektiv ünsiyyət və ictimai çıxış bacarıqları, həmçinin həssas qruplarla iş və sosial müdafiə mexanizmlərinin tətbiqi üzrə bilik və bacarıqları qazandırır.

Milli Observatoriya tərəfindən keçirilən təlimləri uğurla başa vuran şəxslərə verilən sertifikatlar da beynəlxalq səviyyəli sertifikat olaraq tanınacaq. Bu akkreditasiya Milli Observatoriyanın təlimlərinin beynəlxalq səviyyədə tanınmasını təmin edir və iştirakçılara həm yerli, həm də qlobal əmək bazarında rəqabət üstünlüyü qazandırır.

Cari ilin sonuna kimi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın daha bir neçə təliminin beynəlxalq səviyyədə akkreditasiya olunması nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları