SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Sosial sığorta daxilolmaları 9%-ə yaxın artıb

Sosial sığorta daxilolmaları 9%-ə yaxın artıb

  • 08 iyul 2026, 11:12

Bu ilin I yarısında Azərbaycanda məcburi dövlət sosial sığorta daxilolmaları 3 222,7 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.

Sosial sığorta daxilolmaları proqnozu 105,9% icra edilib.

Yanvar-iyun aylarında sosial sığorta haqlarının 2 244,9 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 9,65% çoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları