SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İşləyən pensiyaçılar üçün yeni dəyişiklik təklifi - VİDEO

İşləyən pensiyaçılar üçün yeni dəyişiklik təklifi - VİDEO

  • 24 avqust 2026, 22:05

Pensiya sistemində işləməyə davam edən şəxslərin ödənişlərinin yenidən hesablanması ilə bağlı yeni yanaşma gözlənilir.

Yurd.Media xəbər verir ki, işləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi təklif edilir.

Deputat Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.

Deputatın sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirilən təkliflərdən biri də bu müddətin 6 ildən 4 ilə endirilməsidir.

Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.

İşləyən pensiyaçılar üçün yeni dəyişiklik təklifi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları