SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Ən az boşanma Qobustan rayonundadır - SİYAHI

Ən az boşanma Qobustan rayonundadır - SİYAHI

  • 19 avqust 2026, 21:32
Qobustan

Bu ilin ilk yarısında Azərbaycanda boşanma göstəriciləri rayonlar üzrə ciddi fərqlənib.

Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 1,9 boşanma düşüb.

Ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 4,9 boşanma düşüb.

Naftalan şəhərində bu göstərici 4, Bakının Yasamal rayonunda 3,6, Qaradağ və Qubadlı rayonlarında 3,3, Xətai rayonu və Şirvan şəhərində 3,1, Nərimanov rayonu ilə Zəngilanda 3 olub.

İqtisadi rayonlar arasında boşanma səviyyəsi Şərqi Zəngəzurda daha yüksək olub. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb. Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 təşkil edib.

Ən aşağı boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 0,7 boşanma düşüb. Yardımlıda göstərici 0,9, Cəlilabad və Qax rayonlarında 1, Biləsuvarda 1,2 olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları