SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Yusifoğlu İnşaat”ın tikdiyi binaya çıxarış verilmir, qurumlar bir-birinin üstünə atır - VİDEO

"Yusifoğlu İnşaat”ın tikdiyi binaya çıxarış verilmir, qurumlar bir-birinin üstünə atır - VİDEO

  • 18 yanvar 2026, 23:44

Bakının Nizami rayon, Babək prospekti 87, 2390-cı məhəllədə yerləşən binada yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

Yurd.Media xəbər verir ki, həmin binada yüzdən çox ailə yaşayır, hamısının da problemi mənzillərinə çıxarışın verilməməsidir.

Sakinlər bildirirlər ki, bina 2020-ci ildən təhvil verilib. Mənzili alarkən də tezliklə çıxarış veriləcək deyə müqavilə imzalayıblar.

Binanı inşa edən "Yusifoğlu İnşaat” MMC-nin vəkili və namayəndəsi olduğunu deyən Rəşad Abdıyev "Xəzər Xəbər"ə bildirib ki, məsələ ilə bağlı sakinlərlə eyni mövqedədirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çıxarışa icazə vermədiyinə görə məhkəmə mübahisəsinə keçiblər.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, binaya çıxarışı Əmlak Məsələləri Dövlət Xidməti verir. Ətraflı araşdırıb məlumat vermək isə həftəsonu oldğundan mümkün deyil.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın istismara icazə aktını təqdim etməlidir ki, binaya çıxarış verilsin.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları