SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Binaya fasilələrlə verilən su israf olunur - VİDEO

Binaya fasilələrlə verilən su israf olunur - VİDEO

  • 17 yanvar 2026, 11:42
Bakı

Binaya su fasilələrlə verilir, veriləndə isə binanın blokuna, həyətə axır.

Yurd.Media xəbər verir ki, problem paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən 12 bloklu binada yaşanır.

Sakinlər deyirlər ki, binaya suyun qrafiklə verilməsini aidiyyəti qurum qənaətlə əlaqələndirir. Halbuki binaya su verilən saatlarda isə küçəyə axır.

Ərazidə çəkiliş aparılan zaman suyun qrafikə uyğun olaraq kəsilmə vaxtı olsa da, həyətdə axan suyun izləri qalmaqda idi. Sakinlər deyirlər ki, su xətləri əsaslı təmir olunmadığına görə problem hər gün yenidən təkrarlanır. Üstəlik, qazılan yerlər də asfaltlanmır ki, bu da sakinlərə əlavə problem yaradır.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ünvandakı qəza ilə bağlı Sukanal İdarəsi məlumatlıdır. Qəza briqadası əraziyə yönləndirilib, problemin həlli istiqamətində iş gedir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları