SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Köçürülməyə razılaşmayanlar təhlükə ilə üz-üzə - VİDEO

Köçürülməyə razılaşmayanlar təhlükə ilə üz-üzə - VİDEO

  • 16 yanvar 2026, 23:49
Bakı

Bakıda söküntü olan ərazidə köçürülməyə razılaşmayan vətəndaşlar təhlükə ilə üz-üzə qalıblar.

Yurd.Media xəbər verir ki, paytaxtda aparılan tikinti işləri bəzi sakinlər üçün ciddi problemlər yaradır. Vətəndaşlar səs-küy, toz-duman və təhlükəsizlik riskləri yaşadıqlarını bildirirlər.

"Tikinti zamanı bura bir dəfə uçdu, dağıldı. Uşaq var, böyük var, hamı qorxu içindədir. Kimə deyək? Şikayət edirik, eşidən yoxdur", - sakin bildirib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən "Baku TV"yə bildirilib ki, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti meydançasında yanğın təhlükəsizliyinin, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitinin təmin edilməsi, həmçinin tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsi sifarişçi təşkilatın birbaşa vəzifəsidir.

Nazirliyin açıqlamasında vurğulanıb ki, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri zamanı yarana biləcək təhlükələrdən qorunması və mümkün qəzaların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları