SÜJET
Bakının Xəzər rayonu Türkan qəsəbəsinim sakinləri içməli suyun olmamasından əziyyət çəkir.
Yurd.Media xəbər verir ki, "İTV"yə şikayət edən sakinlər "Firdovsi" və "Yeni kənd" küçələrində su xəttinin olmadığını bildirirlər.
Onlar qeyd edir ki, yaşlı insanlar suyu daşımağa əziyyət çəkirlər, müvafiq yerlərə müraciət etsələr də baxan olmadığını deyirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil:
"Təchizat sistemi olmayan ərazilərdə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Sözügedən ünvanda su xəttinin çəkilməsi tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılacaq".