SÜJET
Qala-Şüvəlan yolu ətrafında yerləşən bağ evlərində son günlər qazla bağlı ciddi problemlər yaşanır.
Sakinlər bildirir ki, bağ evlərinə verilən qaz nəticəsində kombilər, qaz sayğacları və qaz piltələri kütləvi şəkildə sıradan çıxır. Ustalar isə problemin səbəbi kimi istehlakçılara emal olunmamış təbii qazın verilməsini göstərirlər.
Yurd.Media xəbər verir ki, məsələ Baku TV-nin “Yeni bir səhər” verilişində də müzakirə edilib. Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev bildirib ki, qazın məişətdə istifadəyə yararlı olması üçün o, müəyyən emal mərhələlərindən keçməlidir:
“Burada keyfiyyətli şəkildə emal edilməmiş qazdan söhbət gedə bilər. Emal prosesi lazım olan mərhələlərdən keçmədiyi halda problem yaranması mümkündür”.
Hazırda ərazidə sakinlər həm maddi ziyana düşdüklərini, həm də təhlükəsizlikdən narahat olduqlarını deyirlər. Onlar aidiyyəti qurumlardan məsələ ilə bağlı araşdırma aparılmasını və problemin aradan qaldırılmasını tələb edirlər.
Ətraflı süjetdə: