SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

  • 06 iyun 2025, 21:42

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd olunub ki, iyunun 5-də Bakı-Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

Prime Leasing