SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq

Qəbələ rayonunun bir hissəsində qaz olmayacaq

  • 25 iyul 2025, 16:33
Qəbələ

Qəbələ rayonu Vəndam qəsəbəsinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Yurd.Media-ya verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında Məsimov Samir Sabir oğluna məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində cəmi 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Prime Leasing