SÜJET
İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib.
Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəməsi keçirilib.
Yurd.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlılar Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.
"İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.
Məhkəmə əvvəlcə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib. Sonra isə məhkəmədə üzündə işgəncə izləri müşahidə olunan Ayaz Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.
Sonra Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxıb, Şahid Lalayev və Əhliman Gənciyevin barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılar məhkəməyə gətirilib.
Yurd.Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"İyunun 29-da bir qrup azərbaycanlı Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.
İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı aparılan əməliyyatda qeyri-insani zorakılıq halları müşahidə olunub.
Yurd.Media xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) fevralın 27-də səhər tezdən azərbaycanlıların yaşadığı mənzillərə basqın edib. Nəticədə, 9 nəfər saxlanılıb, 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə şəxs ağır xəsarət alıb. Hadisə Azərbaycanda haqlı narazılıq yaradıb.
Xəzər TV-yə danışan hüquqşünas və siyasətçi ekspertlərin sözlərinə görə, bu hücumlar Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsidir. Üstəlik, Rusiyada miqrantlara və müsəlmanlara qarşı aparılan siyasətin artıq repressiya mərhələsinə keçdiyi vurğulanır.
Politoloq Tural İsmayılov qeyd edir ki, bu, son bir ildə azərbaycanlılara qarşı Rusiyada baş verən ilk insident deyil. 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə bağlı da Rusiyanın adekvat reaksiyası olmayıb, hüquq-mühafizə orqanlarının susqunluğu narazılığı artırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hazırladığı bəyanatda Yekaterinburq reydi ilə bağlı "təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını" tələb edib. Həmin gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb.
Rusiyanın XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, əməliyyat əvvəllər törədilmiş cinayətlərlə bağlı istintaq çərçivəsində həyata keçirilib və bu işlə bağlı məlumatları Rusiyanın Araşdırmalar Komitəsi yaxın günlərdə açıqlayacaq.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.
Yurd.Media xəbər verir ki, bu barədə qurumun məbuat xidmətindən məlumat verilib.
Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin, bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.
Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.
Müraciətdə, həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.
"Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər. Ayaqlarını başıma qoyub dedilər ki, sən atanın etmədiyi şeyi de. Onu sat. Yoxsa səni öldürərik".
Yurd.Media xəbər verir ki, bunu Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov "Reporta"a bildirib.
O deyib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar:
"Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər", - R.Səfərov deyib.
O əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər:
Hadisə şahidinin sözlərinə görə, onlar evdən pul, qızıl əşyalar, maşınlarının nömrəsinə qədər - hər şeyi aparıblar.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
XİN-dən Yurd.Media-ya daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub.
"Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb. Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyn Səfərovların evinə basqın edib.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu barədə Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
"İki qardaşımı da işgəncə ilə öldürüblər" deyə Seyfəddin Hüseynli bildirib.
Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.
"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".