SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi keçirilib

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi keçirilib

  • 29 iyun 2025, 16:44

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəməsi keçirilib.

Yurd.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlılar Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.

"İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.

Məhkəmə əvvəlcə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib. Sonra isə məhkəmədə üzündə işgəncə izləri müşahidə olunan Ayaz Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.

Sonra Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxıb, Şahid Lalayev, Əhliman Gənciyev və Bakir Səfərov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Prime Leasing