SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edib

Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edib

  • 25 iyul 2025, 14:37

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl A.Əliyev və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yurd.Media-nın məlumatına görə, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. 

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Prime Leasing