SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Gəncədə qazılan yol təmirsiz qalıb - VİDEO

Gəncədə qazılan yol təmirsiz qalıb - VİDEO

Gəncə

Gəncə şəhəri Təbriz küçəsində qazılıb, təmir edilməyən yol baxımsız vəziyyətdədir.

Yurd.Media xəbər verir ki, yağıntılı günlərdə ərazidə yaşayanlar ümumiyyətlə evdən çıxmaq istəmədiklərini deyirlər.

"Xəzər TV"yə şikayət edən sakinlər bildirir ki, uzun illər boyu küçədə yolun asflat örtüyü olub. Ancaq son zamanlar ard-arda həyata keçirilmiş bir neçə kommunal layihədən sonra hazırki vəziyyət yaranıb.

Gəncə ŞİH bildirir ki, şəhərdə içməli su və çirkab su xətlərinin yenilənməsi məqsədi ilə icra olunan Açıq Kommunal İnfrastruktur Proqramı layihəsi üzrə işlər artıq sözügedən ünvanda başa çatıb. Bir neçə gün sonra həmin ərazidə yolun asfaltlanmasına başlanacaq. İşlərin ləngiməsi isə əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Prime Leasing