SÜJET
Sabirabad rayon sakini Mirzə Nəzərov əllərinin işləməməsinə görə əlillik dərəcəsi verilmir.
Yurd.Media xəbər verir ki, bu əllərlə onu heç bir yerdə işə götürmürlər.
Müsahib "Xəzər TV"ə açıqlamasında bildirir ki, Şirvan mərkəzi xəstəxanasında komissiyadan keçib:
"Komissiya üzvləri əlilliyimi təsdiq edib. Sonra Travmatologiya İnstutu 2-ci qrup rəy verib. Fiziki işim məhdudlaşıb. Əlillər mərkəzi imtina verir".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, şəxsin əlilliyi həm elektron sistem üzərindən, həm də bu il aprelin 24 -də Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmədiyi barədə qərar verilib.