SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Media nümayəndələri üçün “Sosial Jurnalistika” TƏLİMİ - FOTO

Media nümayəndələri üçün “Sosial Jurnalistika” TƏLİMİ - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzularını əhatə edən “Sosial Jurnalistika” təlimi keçirilib.

Yurd.Media xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 25 media qurumundan jurnalistlər iştirak edib.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik tələbləri, texniki təhlükəsizlik normaları, iş yerlərində risklərin qiymətləndirilməsi, eləcə də bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Media nümayəndələrinə mövzunun mahiyyəti, müvafiq prosedurların tətbiqi və müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması mexanizmləri izah edilib.

Seminar çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi mövzularının mediada düzgün işıqlandırılması, faktların dəqiq təqdim olunması və maarifləndirici yanaşmanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd olunub ki, “Sosial Jurnalistika” təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə, məşğulluq və digər sosial sahələr üzrə məlumatlılığının artırılması, jurnalistlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və media ilə əməkdaşlığın genişləndirilməsidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları